Son şəri suallar
A
B
C
D
E
F
G
H
I
J
K
L
M
N
O
P
Q
R
S
T
U
V
W
X
Y
Z
Xarabalığa çevrilmiş hamamın yerindən məscid üçün istifadə [Vəqfin hökmləri]
Larestanın Şərqveyh adlı kəndində qədimi bir hamam var ki, təxminən 20 ildir istifadəsiz qalıb. Möminlərdən biri onu uçurub və ora boş torpaq halına düşmüşdür. Bu torpaq sözü gedən kəndin came məscidinin yanında yerləşir. İcazə verirsiniz ki, o torpağın bir hissəsini məscidə tualet və təharətxana inşa edək, qalanını camaatın keçməsi üçün yol kimi ayıraq?
Əgər onun binasının yenidən inşasına ümid yoxdursa, habelə o kənddə başqa hamama ehtiyac yoxdursa ki, bu yeri satıb ona sərf etsinlər, bu halda yazdığınız şeyləri həyata keçirə bilərsiniz.
Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə [Ər-arvad]
Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:
1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?
2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?
3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?
4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?
1)Onun məvacibi arvadına aid olmuşdur.
2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.
3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır.
4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.
Xarabalığa çevrilmiş məscidlərin kitablarını yeni məscidlərə keçirmək [Vəqfin hökmləri]
Uçub xarab olmuş məscidin Quran və “Məfatih” kitablarını bu məsciddən çıxarıb şəhər və kəndlərdə olan digər məscidlərdə istifadə etmək olarmı?
Bu məscid yaxın gələcəkdə təmir olunmayacaqsa, kitabları həmin şəhərdə və ya kənddə yerləşən digər məscidlərə aparmaq olar. Təmir olunandan sonra isə onları əvvəlki yerlərinə qaytarsınlar.
Vəsiyyət etməmiş meyit [Vəsiyyətin hökmləri]
Vəfat etmiş şəxs vəsiyyət etməmişdirsə, əmlakın əslindən (özündən) bir haqqı varmı?
Meyitin (kəfən, dəfn və s.) lazımi təchizatından başqa bir haqqı yoxdur.
Şəhidin varisləri həyat yoldaşı və atadan ibarətdirsə [Birinci qrup varislər]
Mənim qardaşım on iki il bundan öncə müharibədə itkin düşüb. O vaxt onun şəhid olması, yoxsa əsir düşməsi məlum deyildi. İndi on iki ildən sonra onun şəhid olması qəti və tam şəkildə aydın oldu. Bu şəhidin arvadı var idi, amma övladı yoxdur. Xahiş edirik ki, aşağıdakı suallara cavab verəsiniz:
1) Bu şəhidin məvacibi bu on iki il ərzində həyat yoldaşı tərəfindən bütövlükdə alınmış və xərclənmişdir. Bu məvacibin hamısı onun idimi, yainki, onun bir hissəsi irs ünvanı ilə şəhidin atasına, anasına, qardaşına və bacısına çatır?
2) Hal-hazırda onun şəhid olmasının qəti şəkildə məlum olduğunu nəzərə alsaq, şəhidin işlədiyi idarədən “qan pulu” və ya “qəramət” adı ilə verilən bir miqdar pul kimə çatmalıdır?
3) Onun 1361-ci ildə şəhid olduğunu və şəhadət xəbərinin 1373-cü ilə çatdığını, digər tərəfdən də şəhidin atasının 1366-cı ildə vəfat etdiyini nəzərə alsaq, şəhidin atasına ondan irs çatırmı? Yoxsa, şəhidə atasından irs çatır?
4) Şəhidin həlak olması dəqiqləşəndən iki il öncə onun həyat yoldaşı “Şəhidlər” idarəsinə talaq istəyi ilə müraciət etmiş və sözü gedən idarənin rəisi qanun əsasında onun şəri talağını vermişdir. Bu həyat yoldaşına şəhiddən irs çatırmı? Qan pulundan ona irs çatırmı? Bu iki il ərzində onun şəhidin məvacibini alıb xərcləməyə haqqı var idimi?
1)Onun məvacibi arvadına aid olmuşdur.
2)Varislərin hamısına çatır. Əgər idarə o pulun xüsusi yerdə sərf edilməsini təyin etsə, bu hal müstəsnadır.
3)Atasına onun əmlakından irs çatır. Lakin dövlətin verdiyi puldan ona irs çatmır.
4)Əgər dövlət idarəsi onun talaq almasından xəbərdar olduğu halda ona pul və məvacib verirdisə, onları alması ona caizdir. Amma əgər talaq almamaq şərti ilə məvacib verirdisə, sözü gedən pulu almaq ona caiz deyildir. Lakin hər bir halda şəhidin əmlakından və qan pulundan ona irs çatır.
Mütəvəllisi vəfat etmiş vəqf əmlakları [Vəqfin hökmləri]
Bəhreyn alimlərindən biri 50 il bundan qabaq bir yeri əzadarlıq və matəm məclisləri üçün vəqf etmişdir ki, onun gəlirindən əzadarlıq məclisi keçirsinlər. O, sağlığında özü bu vəqfin mütəvəllisi (nəzarətçisi) idi. Onun vəfatından sonra Bəhreynin vəqf idarəsi bir qrup insanı mütəvəlli ünvanı ilə təyin etmişdir. Onlar müctəhidlər tərəfindən də izn aldıqlarını iddia edirlər. Halbuki, onların etibarlı və inanılmış şəxs olmadıqları camaat arasında məşhurdur. Bu müqəddiməni nəzərdə tutmaqla aşağıdakı iki suala cavab verin:
1)Bu vəqf əmlakları vəqf olaraq qalırmı? Bu məkanlar şəriət hakiminin nəzarəti altında olmalıdırmı? Yoxsa hal-hazırdakı mütəvəlliləri qeyri-şəri olduğuna görə onlar məchulul-malik əmlaka çevrilir?
2) Vəqf öz qüvvəsində qaldığı surətdə bu gəlirləri vəqf edilən məqsəddən ayrı məqsədlər üçün, məsələn, əzadarlıq binasının yenidən inşa (təmir) edilməsinə və ya gəlir əldə etmək üçün əzadarlıq məkanının nəzdində olan (digər bir) məkanı tikməyə sərf etmək olarmı?
1)Vəqf bu kimi məsələlərlə ləğv olunmur, lakin şəriət hakimindən icazə alınmalıdır.
2)Vəqf olunmuş hər bir şey vəqf edilən məqsədə uyğun olaraq sərf edilməlidir. Necə ki, bu göstəriş hədislərdə deyilmişdir. Vəqfin sərf olunma məqsədinə qarşı çıxmaq caiz deyil. Yalnız bir halda caizdir ki, o məqsədlə xərcləmək mümkün olmasın. Belə hallarda həmin məqsədə daha yaxın olan yerlərdə sərf edilməlidir.
İrs səhminin bağışlanması haqqında iddia [İrsə aid müxtəlif məsələlər]
Qardaş və bacı atalarının varisi idilər. Atanın qoyub getdiyi irs qardaşın əlində qalır. Onların hər ikisi dünyadan gedəndən sonra bacının varisləri deyirlər ki, bizə düşən payı verin. Lakin qardaşın varisləri deyirlər ki, bacısı öz irs payını qardaşına bağışlamış və ya satmışdır. Belə halda vəzifə nədir?
Tanışlardan, qohumlardan və məlumatı olan adamlardan soruşub tədqiq edəndən sonra məsələ aydın olmasa, ehtiyat budur ki, iki varis tərəflər öz aralarında müsalihə etsinlər. Bu şərtlə ki, onların arasında azyaşlı uşaq olmasın. Əks halda ehtiyat, onun haqqına riayət etməkdir.
Diyə irs olaraq kimə çatmalıdır?
Anaya yaxın olan qohumları (məs, anadan bir olan qardaşı və bacısı) istisna olmaqla bütün nəsəbi və səbəbi varislərə ondan irs çatır.
Vəfat etmiş şəxsin irsindən namaz və oruc üçün əcir tutmaq [İrsə aid müxtəlif məsələlər]
Varislər mərhumun irsindən onun ehtiyat namaz və oruclarını yerinə yetirmək üçün bir şəxsi əcir tuta bilərlərmi?
Mərhumun yalnız azyaşlı olmayan varisləri öz paylarından onun üçün əcir tuta bilər.
İrs səhmindən artığını götürmək [İrsə aid müxtəlif məsələlər]
Varislərdən bəzisinin irsdən, öz irs paylarından artıq istifadə etmək hüquqları varmı?
Varislərdən heç birinin mərhumun əmlakından öz irs paylarından artıq götürmək haqları yoxdur. Bu iş yalnız digər varislərin razılığı ilə mümkündür.
Hədiyyənin irs səhminə təsirinin olmaması [İrsə aid müxtəlif məsələlər]
Sağlığında bəxşiş vermək irsdə payın olmasına bir maneə yaradırmı?
İnsanların öz sağlığında varislərindən bəzisinə bağışladıqları mal, onların mərhumun irsində paya sahib olmalarına bir maneə yaratmır.
İrs qruplarının hamısı üçün qisas haqqı [Qan sahibləri]
İrsdə ikinci və üçüncü qrupların qisas almaq haqqı varmı?
Əmlakdan irs aparanların hamısının qisas almaq haqları var. Yalnız ər-arvadın qisas haqları yoxdur. Amma diyədə şərikdirlər.
Birinci səhifə | Müəzzəmun-ləhin dəftərxanalarının ünvanı | Saytın profili | Bizimlə əlaqə |
Qum şəhəri, “Şühəda” xiyabanı (“Səfaiyyə”), “Amar” küçəsi, “İmam Həsən Müctəfa (əleyhis-salam)” mədrəsəsi | MAKAREM [AT] MAKAREM [DOT] IR